Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çinin Yerə yaxınlaşan raketi fəlakətə səbəb olmayacaq"
"Çinin Yerə yaxınlaşan raketi fəlakətə səbəb olmayacaq"

İyulun 30-31-də Yerə düşməli olan Çinin "Long March-5B" raketinin sürətləndiricisinin qalıqları planetin səthində fəlakətə səbəb olmayacaq.

Bu barədə “Aerospace Corporation”-ın Kosmik Tullantılar Mərkəzinin (CORDS) mütəxəssisləri bildiriblər.

Son məlumatlara görə, 25 tonluq raket gücləndiricisi iyulun 30-da axşam saatlarında hər iki istiqamətdə 16 saatlıq ara ilə düşəcək. Raketin böyük hissəsi Yer atmosferində yanacaq, lakin onun əhəmiyyətli bir hissəsi təxminən 5-9 ton Yerə düşəcək. Yer okeanlarının sahəsini nəzərə alsaq, dağıntıların kiməsə dəymə, harasa zərər vermə ehtimalı azdır.

Aerokosmik Korporasiyanın baş mühəndisi ofisinin məsləhətçisi Ted Muhlhauptın sözlərinə görə, hansısa bir faciəli hadisənin baş vermə ehtimalı 99,5 faiz mümkünsüzdür. “Changzheng-5B”-nin qalıqları saatda bir neçə yüz kilometr sürətlə hərəkət edəcək. Qeyd edilir ki, bu cür zərbələr dağıdıcı olacaq, lakin fəlakətli olmayacaq.

Harvard-Smithsonian Astrofizika Mərkəzindən astrofizik və peyk tədqiqatçısı Conatan Makdouell isə, hesab edir ki, raket qalıqlarının düşməsi üçün ən pis ssenari Ukrayna müharibəsində vurulan tək qanadlı raketdən daha az ağır olacaq.

Xatırlada qki, iyulun 24-də Çin özünün Tiangong orbital stansiyasının üç modulundan ikincisini kosmosa göndərilib. Modullu Long March-5B daşıyıcı raketi Çinin cənubundakı Vençanq kosmodromundan buraxılıb.

2021-ci ilin may ayında Long March 5B raketi Maldiv adaları yaxınlığında nəzarətdən çıxıb. Sabah isə, raket qalıqlarının yerə düşəcəyi gözlənilir. Amma hara düşəcəyi müəyəyn edilməyib. Çox güman ki, bu tullantılar okeanlara töküləcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »