Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyanın baş nazirliyə ən real namizədindən Rusiyaya mesaj
Britaniyanın baş nazirliyə ən real namizədindən Rusiyaya mesaj

Boris Consonun yerinə Böyük Britaniyanın baş naziri postuna xarici işlər naziri Liz Truss namizəddir. O, bu postu qazanacağı təqdirdə Ukraynanın “ən böyük dostu” olacağını bildirib və dərhal Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edəcəyini deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb. Truss həmçinin bildirib ki, o, Ukraynaya daha çox silah və humanitar yardım göstərmək üçün tərəfdaşlarla çalışacaq.

“Baş nazir kimi mən Boris Consonun izi ilə Ukraynanın ən böyük dostu olacağam və Putinin Ukraynada uğursuzluğa düçar olmasını və strateji məğlubiyyətə uğramasına çalışacağam. Mən dediklərimə sadiqəm”,- deyə o vurğulayıb.

Onun sözlərinə görə, indi qorxunc bir diktatora güzəşt və kompromislərdən danışmağın vaxtı deyil. “Mən Britaniya xalqının Ukrayna ilə bağlı etibar edə biləcəyi və azadlığımızı daxildə və xaricdə müdafiə etmək üçün etibar edə biləcəyi namizədəm”,- deyə o əlavə edib.

Xatırladaq ki, Truss yeni baş nazir postu üçün keçmiş maliyyə naziri Rişi Sunakla rəqabət aparacaq. Hazırda o, Mühafizəkarlar Partiyasının üzvləri arasında keçirilən rəy sorğularında ilk yeri tutur. Həftələrlə poçtla göndərilən səsvermədən sonra Böyük Britaniyanın növbəti baş nazirinin kim olacağına qərar veriləcək. Nəticə sentyabrın 5-də elan olunacaq.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri vəzifəsinə namizədlər Liz Truss və Rişi Sunak razılaşıblar ki, onların ölkələri Ukraynanı dəstəkləmək üçün əlindən gələni ediblər və bundan sonra da siyasət davam edəcək. Debatlar aparılıb, namizədlər öz mövqelərini səsləndiriblər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »