Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya iqtisadiyyatı fəlakət səviyyəsində əziyyət çəkir"
"Rusiya iqtisadiyyatı fəlakət səviyyəsində əziyyət çəkir"

Rusiya iqtisadiyyatı Ukraynaya qarşı başlayan müharibəyə görə, fəlakət səviyyəsində əziyyət çəkir. Və Rusiya prezidenti Vladimir Putin real vəziyyəti gizlətməyə çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə İngiltərənin “The Dailiy Telegraph” nəşri məlumat yayıb.

Analitiklər idxalın "çökdüyünü" və Rusiyanın ÜDM-in təxminən beşdə ikisini təşkil edən şirkətləri itirdiyini deyirlər. Nəşrin məlumatına görə, təzyiq Putini “davamsız, radikal” fiskal və monetar müdaxilələrə sövq edir.

“Kreml maliyyəsi ümumi hesab ediləndən çox, çox pis vəziyyətdədir”,- deyə o qeyd edib.

Yale Executive Institute-un hesabatına görə, bir çox ölkələrin müharibədən qaynaqlanan inflyasiya ilə mübarizə apardığı bir vaxtda Qərbin görünməmiş sanksiyalarının yaratdığı vəziyyət Rusiya iqtisadiyyatını çökdürür.

Professor Cefri Sonnenfeldin başçılıq etdiyi analitiklər deyirlər ki, Rusiyada iqtisadi ziyan Qərbdə çoxlarının düşündüyündən qat-qat çoxdur. Kreml işğaldan sonra yaydığı rəsmi məlumatların sayını azaldıb və nəticəni ört-basdır etməyə çalışır.

"İşğaldan sonra, Kremlin iqtisadi hesabatları getdikcə daha diqqətlə tərtib olunur, əlverişsiz rəqəmləri seçərək kənarlaşdırır və yalnız daha əlverişli olanları dərc edilir",- deyə analitiklər yazır.

Xatırladaq ki, 1000-dən çox şirkətin Rusiyadan çıxmasının gəlirləri və investisiyaları 600 milyard dollardan çox, yəni Rusiyanın ÜDM-nin təxminən 40 faizini azaltdığı müəyyən edilib.

Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar tədricən işğalçı ölkənin iqtisadiyyatını korroziyaya uğradır və onun rəhbərliyinə zərbə vurur. Rusiya Federasiyasından ixracın həcmi artıq 48 faiz azalıb.

Hazırda Rusiya rublunun məzənnəsi möhkəm görünsə də, bu ölkə iqtisadiyyatı üçün müsbət nəticələrə səbəb ola bilmir. Rusiya neft və qaz satışından xarici valyuta ala bilir, amma bu pulları effektli şəkildə xərcləyə bilmir. Çünki sanksiyalar üzündən Rusiya idxal-ixrac əməliyyatlarını yalnız məhdud miqyasda apara bilir. Ölkədə yüz minlərlə iş yeri bağlanıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »