Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Ukrayna Afrika uğrunda "savaş"a başlayıb
Rusiya və Ukrayna Afrika uğrunda "savaş"a başlayıb

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Afrika ölkələrinə turneyə hazırlaşır. Diplomat dörd-beş ölkəyə səfər etməyi planlaşdırır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Kuleba bu barədə iyulun 28-də milli telemarafonun efirində məlumat verib.

O qeyd edib ki, bu səfərlərə çox diqqətlə hazırlaşır.

“Mənim turum hazırlanır, Ukraynanın xarici işlər nazirinin Ukraynanın müstəqillik tarixində Afrika ölkələrinə ilk turu... Bunlar sırf Saharaaltı Afrika ölkələri olacaq. Yəni ərəblərin yaşadığı Şimali Afrika ölkələri deyil, biz Mərkəzi Afrikaya gedəcəyik",- deyə o bildirib.

Kulebanın sözlərinə görə, Rusiya da Afrikada mövqelərini gücləndirməyə çalışır və bu səbəbdən Ukrayna turuna hazırlıqla bağlı məlumatlar sızmağa başlayan kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov ora gedib.

"Onlar başa düşürlər ki, biz bu sahədə səmərəli olacağıq. Onlar artıq bizim səylərimizə qarşı çıxmağa başlayıblar. Lakin bu, bizi geridə qoymur. Biz öz məqsədlərimizə mütləq çatacağıq",- diplomat əmindir.

Xatırladaq ki, bir müddət əvvəl, Ukrayna prezidenti Vladimir Zelenski Afrika dövlətləri ilə əlaqələri vasitəçisiz inkişaf etdirmək istədiyini bildirmişdi. Bunun ardınca tezliklə Ukraynada Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndə təyin edildi.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Afrika ölkələrinə səfər edib. O, Misir, Efiopiya, Uqanda və Konqo Respublikasına səfərlər edib.

Britaniya kəşfiyyatının məlumatına görə, Afrikaya “qısa diplomatik səyahət” Ukraynaya qarşı müharibədə Afrika qitəsi dövlətlərinin dəstəyini cəlb etmək məqsədi daşıyır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »