Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bayden yaddaşını tamamilə itirsə, istefaya göndəriləcək"
"Bayden yaddaşını tamamilə itirsə, istefaya göndəriləcək"

Amerikalı politoloq Malek Dudakov hesab edir ki, ABŞ prezidenti Co Baydenin səlahiyyət müddəti başa çatmamış könüllü istefası mümkün deyil. Çünki Amerikanın siyasi mədəniyyəti və tarixi buna qarşıdır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  onun fikrincə, Amerikanın hazırkı liderinin istefasının mümkün olduğu yeganə şərt var.

“Heç bir Amerika prezidenti könüllü olaraq istefa verməyib. Tək istisna 72-ci ildə olub. Bu ABŞ-ın 37-ci prezidenti Riçard Nikson olub. Əslində, o, real impiçment təhlükəsi altında istefaya getməyə məcbur oldu. Bayden belə bir addımla razılaşarsa, o, Amerika siyasəti üçün çox ciddi presedent yaradacaq”,- deyə Dudakov bildirib.

Qeyd edək ki,  Baydenin koqnitiv problemləri (yanlış inanclar üzündən ortaya çıxan davranış və düşüncə qüsurları) var və partiyada bir çoxları onu işdən çıxara biləcəklərini iddia edirlər.

Bu baş verərsə, Baydenin vəzifəsini reytinqləri daha da aşağı olan hazırkı vitse-prezident Kamala Harris tutacaq.

"Baydeni Harrislə əvəz etmək, əhali arasında daha az populyar olan və daha az təsirli olan siyasətçini ondan daha az populyar olan bir siyasətçi ilə əvəz etməkdir, ona görə də onu aradan götürmək bir qədər sual altındadır”,- deyə politoloq qeyd edib.

“Baydenin həqiqətən istefa verməyə məcbur olacağı bir ssenarini qəbul edirəm. Əgər o yaddaşını tamamilə itirsə və özünü idarə edə bilməsə, istefaya göndəriləcək. Ancaq bu baş verməsə, mən səmimi deyirəm ki, o, bütün prezidentlik müddətini sona qədər sakitcə idarə edəcək, lakin ikinci dəfə namizədliyini irəli sürə bilməyəcək”,- deyə o əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Ağ Ev Baydenin ikinci müddətə yenidən seçilmək niyyətini təsdiqləyib.

Lakin məlum olub ki, ABŞ Demokratik Partiyasının əksər tərəfdarları prezident Baydeni 2024-cü il seçkilərində namizəd kimi görmək istəmirlər.

Bəzi məlumatlara görə, Bayden demensiya (qocalıq zamanı yaddaş zəifliyi) xəstəliyindən əziyyət çəkir və simptomlar getdikcə güclənir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »