Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2106 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizimyol.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 406, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1332, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 247 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 812 358, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 365 873, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 467, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı3 335 146, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 872 nəfər təşkil edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »