Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 357 yeni yoluxma faktı qeydə alınıb, 298 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizimyol.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 797638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 735 nəfər müalicə olunaraq sağalıb, 9744 nəfər vəfat edib, aktiv xəstə sayı 2159 nəfərdir.

Ölkədə son sutka ərzində 3219, hazırkı dövrədək isə 7 036 499 test aparılıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »