Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qorxma, sən dostların arasındasan”
“Qorxma, sən dostların arasındasan”

Lavrov Çin Xarici İşlər Nazirliyinin rəhbərini “qorxma, sən dostların arasındasan” ifadəsi ilə qarşılayıb. Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  Rusiyanın xarici işlər naziri Lavrov Daşkənddə çinli həmkarı Vanq  Yi ilə görüşüb.

Görüşün  görüntülərini Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram-da yayıb. Qeyd edilib ki,  yerləşdirilən yazıda rusiyalı nazirin tibbi maskanı çıxarmağa cəsarət etməyən həmsöhbətini necə qarşıladığı göstərilir.

"Qorxma", - Lavrov deyir. Bu ifadədən sonra Vang Yi hələ də şəxsi qoruyucu vasitələrini çıxarır. "Biz bir-birimizə güvənirik" deyə ÇXR nümayəndəsi əlavə edir. Lavrov isə xüsusiə əminliklə qeyd edib ki,  Vanq Yi dostlar arasındadır. Və narahatlığa heç bir əsas yoxdur.

Qeyd edək ki,  Lavrov Daşkənddə keçirilən Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Vanq Yi ilə danışıqlar aparır. O çinli həmkarı Vanq Yi Daşkənddə keçirilən danışıqlarda Ukraynadakı vəziyyətlə bağlı qiymət mübadiləsi aparıb.

Söhbətin konfidensial qaydada getdiyi qeyd edilir. Nazirlər Moskva ilə Pekin arasında dinamik inkişaf edən münasibətlərin hazırkı vəziyyətini müsbət qiymətləndiriblər. Görüşdə iki ölkə liderlərinin əldə etdikləri razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Rusiya xarici işlər nazirinin Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Pakistanın xarici işlər naziri Bilaval Bhutto-Zərdari ilə də görüşü nəzərdə tutulub.

İyulun 29-da o, Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »