Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərb Ukraynaya silah verməklə Putini öz yerinə oturda bilər"
"Qərb Ukraynaya silah verməklə Putini öz yerinə oturda bilər"

Qərb müttəfiqləri Ukraynaya müasir silahlar verməklə Rusiya prezidenti Vladimir Putini öz yerinə oturda bilərlər.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Mixail Podolyak “Tvitter” hesabında məlumat verib. Onun sözlərinə görə, Putin zəiflərə hücum edir, lakin güclü rəqiblərdən qaçır.

Mixaylo Podolyak Mixail Podolyak

"Rusiya Gürcüstana və Ukraynaya hücum etdi. Amma bunun nəticəsində Finlandiya NATO-ya daxil oldu. Moskva Moldovanı hədələyir, amma Türkiyə ilə münaqişədən qaçır. Putin özünü dəli kimi göstərir, amma elə deyil. Putin zəifləri seçən, güclülərdən qaçan “məktəb quldurudur. Zorbaları öz yerinə nə oturda bilər? ATACMS və Silahlı Ukrayna", deyə Podolyak vurğulayıb.

Qeyd edək ki, ATACMS HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün raketlərdir. Onlar 310 kilometrə qədər məsafədə düşmənə çata bilirlər.

Bir müddət əvvəl ABŞ Ukraynaya əlavə 270 milyon dollarlıq hərbi yardım paketi təqdim edib. Bu paketə əsasən, Ukrayna Silahlı Qüvvələri 4 HIMARS və onların sursatları, 36 min artilleriya mərmisi, tank əleyhinə silahlar və 580 Phoenix Ghost dronları daxildir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Oleksiy Reznikovu əmin edib ki, Birləşmiş Ştatlar ən qısa zamanda Ukraynaya əlavə dörd HIMARS yüksək mobil artilleriya raket sistemi təhvil verəcək.

Reznikovun Tvitter mikrobloqunda verdiyi məlumata görə, o, yaxın dostu Ostinlə Rammstein formatında dördüncü görüşün nəticələrini müzakirə edib.

"Biz bir daha əmin olduq ki,  tərəflərin üzərinə götürdüyü öhdəliklər Ukrayna ordusunun imkanlarını gücləndirəcək və bizi ümumi məqsədimizə - Ukraynanın qələbəsinə yaxınlaşdıracaq", - Reznikov vurğulayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »