Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Xersonu azad etməyə çox yaxındır
Ukrayna Xersonu azad etməyə çox yaxındır

İşğal olunmuş Xerson azad edildikdən sonra oradan çıxarılan Rusiya qoşunları Zaporojye vilayəti üçün təhlükə yaratmayacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov Ukrayna mediasına açıqlamasında danışıb. “Onlar öz şəxsi heyətini geri çəkə bilsələr də, onları Dneprdən sol sahilə sıxsaq, heyət qayıqlarda gedəcək - texnika və silahları çıxarmaq üçün körpülər yoxdur”,- deyə o qeyd edib.

Jdanov bildiirb ki,  Ukrayna orudsu Rusiya qüvvələrini məğlub edə biləcək. "Onların heyəti də ruhdan düşüb.  İnanmıram ki, onlar ikinci dəfə döyüşə çıxmağa razı olacaqlar. Razı olsalar belə, hansı texnika ilə çıxa bilərlər ki?..”, - ekspert əlavə edib.

Jdanov qeyd edib ki, “işğal olunmuş Xersonu işğalçılardan onları “acından öldürmək” yolu ilə azad etmək strategiyası öz nəticəsini verir və kifayət qədər uğurludur. Çox güman ki, Ukrayna Silahlı Qüvvələri yayın sonuna qədər Xersonu azad edəcək.

Bundan əvvəl Britaniya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin Xerson yaxınlığında əks-hücumu getdikcə genişləndirdiyini, Rusiya ordusunun həssas vəziyyətdə olduğunu bildirmişdi.

Xatırladaq ki, Ukraynanın Xerson vilayətində əks-hücum əməliyyatı geniş vüsət alır. Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altında olan Xersonun şimal sərhədini təşkil edən İnqulets çayının cənubunda dayaq nöqtəsi yaradıb.

Ukrayna qoşunlarının Rusiya ordusunun təchizat üçün istifadə etdiyi Dnepr üzərindən keçən körpülərə uğurlu hücumlarından sonra Xersonun sağ sahilindəki Rusiya qoşunlarının mövqeləri çox zəif görünür.

Qeyd eədk ki,  bu qənaətə Britaniya kəşfiyyatı gəlib.  Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Dnepr üzərindən keçən körpüləri zədələmək üçün özünün yeni uzaqmənzilli artilleriyasından istifadə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »