Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistan Ukraynadan günəbaxan yağının idxalını bərpa edir
Hindistan Ukraynadan günəbaxan yağının idxalını bərpa edir

Dünyanın ən böyük bitki yağı idxalçısı olan Hindistan Ukrayna limanlarının Rusiya tərəfindən blokadaya alınması səbəbindən beş aylıq fasilədən sonra sentyabrda Ukraynadan günəbaxan yağının ilk partiyalarını almağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki,  bu barədə Bloomberg “Sunvin Group”-un bəyanatına istinadən xəbər verir.

Qeyd olunur ki, Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı üçün bəzi Qara dəniz dəhlizlərini açmaq ərəfəsində olduğu üçün ölkəyə 50-60 min ton bitki yağı daxil ola bilər. Böyük ehtimalla yüklər Odessa və Çernomorsk dəniz limanlarında yüklənəcək.

"Biz avqustda tədarük üçün təkliflər almağa başlamışıq. Lakin hər şey gəmilərin mövcudluğundan asılı olacaq. Ukraynada emal üçün kifayət qədər yağlı toxum ehtiyatı var",- deyə Mumbaydakı “Sunvin Group”-un baş icraçı direktoru Sandeep Bajoria bildirib.

Ukraynadan Hindistana günəbaxan yağı idxalı aprel ayından Rusiyanın bu ölkəyə müdaxiləsi üzündən ticarəti dayandırdığı üçün dayanıb.

Xatırladaq ki, Hindistan hökumətinin bu və növbəti maliyyə ilində hər il 2 milyon ton günəbaxan yağının rüsumsuz idxalına icazə verməsi bitki yağına tələbatı artıracaq. Hindistan son marketinq ilində 1,89 milyon ton xam günəbaxan yağı alıb, Ukrayna istehsalın təxminən 74 faizini Argentina və Rusiya isə təxminən 1 faizini  təmin edib.

Ukraynadan günəbaxan yağı idxalını bərpa etməklə yanaşı, Hindistan qiymətlərin düşməsindən sonra palma yağının alışını da artıracaq.

Bu, əsasən festivallar zamanı qızardılmış qidalara tələbatın çox olması və palma yağının indi digər yağ növləri ilə müqayisədə xeyli ucuz olması ilə bağlıdır.

Qeyd edək ki, Hindistan Ukrayna günəbaxan yağının əsas idxalçılarından biridir. 2021-ci ilin sonunda Hindistan Ukraynada bitki yağı alıcıları arasında Aİ ölkələrindən sonra ikinci yerdə qərarlaşıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »