Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu danılmazdır”
Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu danılmazdır”

“Dövlət sirrini qorumaq və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun davranmaq hər birimizin borcudur”.

Bu fikirləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın hazırkı durumunda Silahlı Qüvvələrdə gedən prosesləri çılpaqlığı ilə istər KİV-də, istərsə də sosial şəbəkələrdə yaymaq məqsədə müvafiq deyil:

“Biz Vətən müharibəsində qalib gəldik. Amma bizim bu qələbəmizi həzm edə bilməyən qüvvələr var. Eyni zamanda düşmən də revanş hissləri ilə yaşayır. Bununla yanaşı son zamanlar ordunun daha mükəmməl duruma gətirilməsi üçün müəyyən islahatlar və kadr dəyişikliyi həyata keçirilir. Yeni komando briqadaları yaradılması və digər işlər görülür. Belə bir durumda Silahlı Qüvvələrin nüfuzuna xələl gətirəcək informasiyalar görülən işlərə kölgə sala bilər. Bu isə indiki durumda nə Azərbaycan dövlətinin, nə Azərbaycan vətəndaşını maraqlarına cavab vermir. Buna görə də diqqətli olmaq lazımdır”.

Emin Həsənli Azərbaycan odusunun sağlamlaşması prosesində informasiya resurslarının rolunu yüksək qiymətləndirir:

“Əlbəttə ki, istər dövlətin, istərsə də dövlətin mühüm sütunu olan ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu danılmazdır. Amma bu resurslardan düzgün və dövlət maraqlarına uyğun istifadə olunması çox vacibdir. Hər bir vətəndaşın, hər bir informasiya resursu ilə işləyən jurnalistin, blogerin vəzifəsidir ki, Azərbaycan ordusunun, Ali Baş Komandanın nüfuzunu yüksək tutsun. Bunun üçün əlindən gələni etsin. Hesab edirəm ki, həm jurnalistlər, həm də sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikası Baş Prokurorluğunun xəbərdarlığından düzgün nəticə çıxaracaq və bundan sonra belə xoşagəlməz hallar yaşanmayacaq”.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »