Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Nikolayevə zərbələr endirib: məktəb dağılıb, evlər zədələnib, yaralılar var
Rusiya Nikolayevə zərbələr endirib: məktəb dağılıb, evlər zədələnib, yaralılar var

Bu gün səhər saatlarında Rusiyanın Nikolayevə raket hücumları nəticəsində təhsil müəssisələri, yaşayış binaları zədələnib və yaralılar var.

Bizimyol.info xəbər verir ki, Ukraynanın Nikolaev şəhərinin meri Aleksandr Senkeviç bu barədə “Telegram”da məlumat verib.

"Bu gün təhsil müəssisələri və yaşayış binaları raket hücumlarından zərər çəkdi... Daha bir şəhər məktəbi demək olar ki, tamamilə dağılıb. Binanın bir hissəsi uçub. Bir mühafizəçi yaralanıb. Yaxınlıqdakı fərdi evlərin pəncərələri və damları sınıb.

Həmçinin raket Gəmiqayırma Universitetimizin su stansiyasının ərazisinə dəyib, anbara ziyan vurub”,-deyə Senkeviç söyləyib.

Senkeviç bildirib ki, özəl müəssisələrdən birinin ərazisində sursatın dəyməsi nəticəsində yanğın əmələ gəlib. Yanğın Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri tərəfindən qısa müddətdə söndürülüb.

Mer qeyd edib ki, hazırda iki hündürmərtəbəli binanın zədələndiyi məlumdur.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »