Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quraqlıq təhlükəsi böyüyür: ABŞ və Avropa ağlasığmaz qadağalara əl atır
Quraqlıq təhlükəsi böyüyür: ABŞ və Avropa ağlasığmaz qadağalara əl atır
Avropadan ABŞ-a, Afrikadan Yaxın Şərqə qədər dünya son onilliklərin ən pis quraqlığını yaşayır. Quraqlığın kənd təsərrüfatı məhsuldarlığına təsir edəcəyi gözlənilsə də, bir çox ölkələr su istehlakını azaltmaq üçün tədbirlər görür.

Bizimyol.info xəbər verir ki, qiuraqlığın və həddindən artıq istilərin getdikcə daha tez-tez və uzun müddət müşahidə ediləcəyi ilə bağlı illərdir təkrarlanan xəbərdarlıqlardan sonra iqlim dəyişikliyinin mənfi təsirləri bütün dünyada, xüsusilə Cənubi Avropada açıq şəkildə görünür. Bu yay, termometrlər rekord həddə çatdıqda, bir çox ölkələr qazon suvarmadan tutmuş avtomobil yuma məntəqələrinə qədər suyun istifadəsini ciddi şəkildə məhdudlaşdırıb.

ABŞ-da isə 110 milyon insanın yaşadığı, ümumi əhalinin üçdə birinə uyğun gələn Kaliforniya və Texas başda olmaqla, 12 ştatda həftələrdir məişət sularından istifadə məhdudlaşdırılıb. Ən çox görülən tədbir qazonların suvarılması üçün vaxt məhdudiyyətləridir. Los-Anceles kimi bəzi şəhərlər otları daha az su tələb edən səhra bitkiləri ilə əvəz etməyi təşviq edir. Üzgüçülük hovuzlarında buxarlanmanın qarşısını almaq üçün örtüklər tələb olunduğu halda, bəzi yerlərdə avtomobillərin yuyulması qadağan edilir. Qanun pozuntusuna yol verildiyi halda isə təsərrüfatlara verilən su azalır. Hətta onu da xatırladaq ki, həftənin əvvəlində hətta Massaçusets ştatının Pembrok şəhərindəki yanğınsöndürmə briqadasına hidrantlardan su almağa icazə verilməmişdi.

Ən çox zərər çəkən ölkələrdən biri olan İtaliyanın turistik şəhərləri olan Verona və Milanda dekorativ hovuzlar bağlanıb. Bir çox şəhərlərdə içməli sudan bağçanın suvarılması və avtomobillərin yuyulması üçün istifadə etmək qeyri-qanuni hesab edilir.

Risottonun məmləkətində düyü sahələri quruduğu halda, su parkları da gündəmdədir. İnfrastrukturun köhnə olduğu ölkədə su şəbəkəsində 50 faizə qədər sızma və suyun qiymətinin aşağı olması müzakirə mövzusudur.

Qarlı dağ mənzərələri ilə məşhur olan İsveçrədə içməli sudan bağları sulamaq, avtomobilləri yumaq və ya hovuzları doldurmaq üçün istifadəyə görə 10 min frank məbləğində cərimələr tətbiq edilib. Eynilə, xizək kurortları ilə məşhur olan Sloveniyada ictimai fəvvarələrin suyu kəsilib, parklarda otların suvarılması dayandırılıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »