Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MOSSAD-ın keçmiş direktoru: "Türkiyə ilə münasibətlər yumşalır"
MOSSAD-ın keçmiş direktoru: "Türkiyə ilə münasibətlər yumşalır"

Uzun illər İsrail kəşfiyyatı Mossad-a rəhbərlik edən, 42 il İsrail ordusu və kəşfiyyatında bir çox vəzifələrdə çalışmış general Denni Yatom Yunanıstan mətbuatına geniş müsahibə verib. İsrail xüsusi təyinatlıları Sayeret Matkala rəhbərlik etdikdən sonra Mossad-a səkkiz müddət rəhbərlik edən Yatom Türkiyə ilə bağlı açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Yunanıstanın ən çox oxunan qəzetlərindən olan Kathimeriniyə danışan Yatom Türkiyə-Yunanıstan münasibətlərini dəyərləndirib, Türkiyə prezidenti Ərdoğanla bağlı fikirlərini bildirib.

“Məncə, Ərdoğan özünü gücsüz hiss edir. O, 2023-cü ildə yenidən prezident seçilməyəcəyindən narahatdır və siyasi hakimiyyətə sahib olmaq üçün yanaşmasını dəyişmək istəyir. Bu səbəbdən o, İsraillə yaxınlaşmağa başladı. Son 15 ildə ilk dəfə Türkiyənin xarici işlər naziri İsrailə, prezidentimiz də Türkiyəyə səfər etdi. Münasibətlər yumşalır”,- deyə Yatom bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »