Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Federal Ehtiyat Sistemi faiz qərarını açıqlayıb
ABŞ Federal Ehtiyat Sistemi faiz qərarını açıqlayıb

ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul iclasından sonra faiz qərarını açıqlayıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,

ABŞ Federal Ehtiyat Sistemi (FED) iki günlük iyul iclasından sonra bu gün siyasət dərəcəsi qərarını açıqlayıb. FED siyasət faizini 75 bənd artırarkən, faiz dərəcələri 1,50-1,75 faizdən 2,25-2,50 faizə yüksəlib. Bazar gözləntiləri də 75 baz bənd artım səviyyəsində idi.

FED-in məlumatına görə,  ipoteka ilə təmin edilmiş qiymətli kağızların azaldılmasının ayda 35 milyard dollar, Xəzinə sənədlərinin isə 60 milyard dollar azaldılacaq.

FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) qərarında Ukraynadakı müharibənin inflyasiyaya yuxarı istiqamətli təzyiq göstərdiyi və qlobal iqtisadi aktivliyə təzyiq göstərdiyi bildirilib.

FOMC-nin açıqlamasında “Xərclər və istehsalla bağlı son göstəricilərin yumşaldığı” da ifadə edilib.

Qərar açıqlanmadan əvvəl 1722 dollar səviyyəsində olan unsiya qızılın qiyməti qərardan sonra 1724 dollar səviyyəsində olarkən, FED sədri Pauellin çıxışı ilə 1735 dollara yüksəlıb.

Bitcoin isə qərardan əvvəl 21 min 600 dollar səviyyəsində idisə, qərardan sonra 22 min 700 dollar səviyyələrinin üzərinə qalxıb.

Qərardan sonra FED sədri Cerom Pauel kameralar qarşısında açıqlamalar verib.

FED artan inflyasiyanın qarşısını almaq üçün ilin əvvəlindən faiz dərəcələrini mərhələli şəkildə artırmışdı. Fed 2018-ci ildən bəri ilk dəfə olaraq mart iclasında uçot dərəcəsini 25 baza bəndi artıraraq 0,25-0,50 faiz aralığına qaldırıb.

May ayında FED siyasət faizini 50 baza bəndi artırdı ki, bu da 2000-ci ildən bəri ən yüksək faiz artımıdır. FED inflyasiyanın artmasına paralel olaraq iyun ayında faiz dərəcələrini 75 bənd artıraraq 1,75 faizə yüksəldib.

ABŞ-da istehlak inflyasiyası iyunda 9,1 ilə son 41 ilin ən yüksək səviyyəsinə çatıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »