Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen Indan nüvə müharibəsi təhlükəsi: "Biz hazırıq"
Kim Çen Indan nüvə müharibəsi təhlükəsi: "Biz hazırıq"

Şimali Koreya lideri Kim Çen In Koreya müharibəsinin 69-cu ildönümü çərçivəsində çıxış edib. Cənubi Koreya və Şimali Koreyanın yaranmasına səbəb olan müharibənin ildönümü ilə bağlı açıqlamalar verən Kim Çen In ABŞ və Cənubi Koreyanı sərt şəkildə tənqid edib.

Bizimyol.info xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-ya istinadən verdiyi açıqlamada Kim Çen In Cənubi Koreyadakı Yoon Suk-yeol administrasiyasını tənqid edib. Cənubi Koreyanın Şimali Koreyaya qarşı istənilən hücumuna sərt cavab veriləcəyini deyib.

“Bir daha açıq şəkildə demək istəyirəm ki, Şimali Koreya ordusu ABŞ-la istənilən hərbi qarşıdurmaya tam hazırdır.

Silahlı qüvvələrimiz istənilən böhrana cavab verməyə hazırdır və ölkəmizin nüvə müharibəsi hazırlıqları tam gücdədir və fəaliyyətə hazırdır”, - deyə Kim Çen In bildirib.

Qeyd edək ki, bu ilin əvvəlindən ardıcıl olaraq hipersəs raket sınaqları keçirən Şimali Koreyanın bu raketlərə nüvə başlıqları taxması ehtimalı beynəlxalq narahatlıq doğurub.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »