Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyanın nəhəng şirkəti Rusiyanı tərk etdi
Almaniyanın nəhəng şirkəti Rusiyanı tərk etdi

Almaniyanın kimya şirkəti BASF  iyulun 10-dan etibarən Rusiya və Belarusdakı layihələrini qida istehsalına dəstək fəaliyyətləri istisna olmaqla bağlayıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə şirkətin ilin birinci yarısı üzrə hesabatında deyilir.

Şirkət qeyd edir ki, Rusiya və Belarus bazarlarından çıxdıqdan sonra 51 milyon avro dəyərində aktivlər, eləcə də müştərilər, təchizatçılar və işçilər qarşısında öhdəliklər üzrə ehtiyatlar 27 milyon avro dəyərində amortizasiya edilib.

"Mövcud vəziyyətdə həddindən artıq qeyri-müəyyənlik hökm sürməkdə davam edir. Qarşıdan gələn hadisələr aktivlərin fəaliyyətinə əhəmiyyətli və mənfi təsir göstərə və onların daha da dəyərsizləşməsinə səbəb ola bilər",- deyə BASF qeyd edir.

Xatırladaq ki, Rusiyada şirkətin ən azı beş törəmə şirkəti var idi.

Bura  BASF MMC (gübrə ticarəti), BASF Industrial Metals MMC (ilkin formalarda metal ticarəti), BASF Yuq MMC (toxum ticarəti), Hemetal MMC (sənaye kimyəvi maddələr ticarəti) və BASF Vostok MMC (boya və lakların istehsalı) daxildir.

2021-ci ildə qrup şirkətlərinin Rusiya və Belarusdakı gəlirləri BASF Qrupunun ümumi satışlarının təxminən 1 faizini təşkil edib.

Qeyd edək ki, BASF Almaniyanın kimya məhsulları konsernidir. Müəssisə plastik, boyalar, kosmetika, qida əlavələri, texniki və tikinti kimya məhsulları, aqrokimyəvi bitki mühafizə vasitələri və s. istehsalı ilə məşğuldur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »