Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya da "Bayraktar"a elçi düşüb: Türkiyənin cavabı nə olacaq
Rusiya da "Bayraktar"a elçi düşüb: Türkiyənin cavabı nə olacaq

Politoloq, beynəlxalq ekspert, Aleksey Martınov hesab edir ki, Türkiyə əzmlə Rusiya ilə yaxınlaşmağa doğru gedir. Onun fikrincə, Ankara Moskva ilə hərbi-texniki əməkdaşlığı (MTK) gücləndirdiyinə görə ölkənin NATO-dan çıxarılacağından narahat olmamalıdır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  ekspert  Türkiyənin Rusiya ilə təmaslarının nəticələrindən, o cümlədən “Bayraktar” pilotsuz uçan aparatlardan danışıb.

O, qeyd edib ki, Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq daim gündəmdədir. “Bayraktar” pilotsuz təyyarələrinin birgə istehsalı planları isti müzakirə mövzusu olaraq qalır.

Bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi və Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da  məlumat verib.

“İki ölkə arasında hərbi əməkdaşlıq daim gündəmdədir. Qarşılıqlı fəaliyyətimizin belə həssas sahədə inkişaf etməsi faktı onu göstərir ki, ümumiyyətlə, münasibətlərimizin bütün spektri çox yüksək səviyyədədir”,- deyə Peskov qeyd edib.

O əlavə edib ki, bu mövzu Rusiya lideri Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gələcək görüşlərdə də müzakirə olunacaq. Martinovun fikrincə,  Ankaraya sanksiyalar və ya NATO-dan xaric olunmaq təhlükəsi yoxdur.

“Ərdoğan bir dəfə Rusiyanın S-400-lərini istifadəyə verdi. Həm Vaşinqtonun, həm də NATO-nun hansı fəryadları qaldırdığını xatırlayırsınızmı? Türkiyə NATO-nun çox vacib üzvüdür, hətta deyərdim ki, xüsusən də Asiya istiqamətində onurğa sütunudur. Mənə elə gəlir ki, Türkiyə NATO-da deyil, NATO Türkiyədə olmalıdır”,- deyə ekspert vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ərdoğan “Bayraktar” pilotsuz uçan aparatlarının Rusiya ilə birgə istehsalı ilə bağlı planları barədə danışmışdı.

“Vladimir Putin mənə “Baykar”la işləmək istədiyini söylədi. O, bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi, Rusiyada da zavodun yaradılmasını təklif etdi”,- deyə Ərdoğan vurğulayıb.

P.S. Bir müddət əvvəl isə “Baykar” Rusiyaya Bayraktar  İHA-larını verməyəcəyini bildirmişdi. Amma görünən odur ki, Rusiya sözün əsl mənasında “Bayraktar” xülyasıyla yaşayır və dünyanı da bu xülyaya inandırmağa çalışır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »