Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir: “İspaniya Aİ ölkələrinə qaz tədarükü üçün haba çevrilə bilər”
Baş nazir: “İspaniya Aİ ölkələrinə qaz tədarükü üçün haba çevrilə bilər”

İspaniya Avropa İttifaqı ölkələrinə qaz tədarükü üçün hab olmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes bildirib.

Polşalı həmkarı Mateuş Moravetski ilə görüşdən sonra o, ölkəsinin effektiv reqazifikasiya sisteminin olduğunu qeyd edib.

“Hesab edirəm ki, İspaniyanın reqazifikasiya və Avropa İttifaqı ölkələrinə qaz ixracı üçün mərkəzə çevrilmək imkanı var”, - P.Sançes əlavə edib.

Daha əvvəl İspaniyanın qaz istehlakını azaltmaq zərurətindən qaçmaq üçün Pireney yarımadasından keçən iki qaz kəməri ilə Avropaya qaz ixracı və öz qaz sisteminin logistik imkanlarından istifadəni təklif edəcəyi bildirilmişdi.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »