Müharibənin ilk günlərindən Ukraynanın birinci xanımı Yelena Zelenskaya sosial media hesabından dünyaya səslənir və ölkəsinin səsini eşitdirməyə çalışır. Zelenskayanın populyarlığı artdıqca, dünyaca məşhur jurnallar və televiziya kanalları onu izləyir. Bunun son nümunəsi Yelena Zelenskayanın “Vogue” jurnalına müsahibəsidir.
Bizimyol.info xəbər verir ki, Ukraynanın birinci xanımı, Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zeleskya “ Vogue ” jurnalının xüsusi rəqəmsal nömrəsinin üz qabığına çıxıb və evliliyi və rolu barədə danışıb.
“Biz xoşbəxt həyat yaşayırdıq və bunun baş verəcəyini heç düşünmürdük. Sevdiklərimizi rahat ziyarət edə bilmədik. İndi isə özümü “təcrid olunmuş” hiss edirəm; İcazə verin etiraf edim. Amma ümidimiz var.
Bu, mənim həyatımın ən qorxulu ayları idi. Bu, çətin işdir, çünki siz daim bu məsuliyyət yükünü hiss edirsiniz”,- deyə Zelenskaya jurnala müsahibəsində bildirib.
Rachel Donadio ilə tərcüməçi vasitəsilə danışan Zelenskaya müharibənin Ukrayna vətəndaşlarına və öz ailəsinə vurduğu dağıdıcı təsiri təsvir edib.
"Bu, mənim həyatımın ən qorxulu aylarıdır və hər bir ukraynalının həyatı alt-üst oldu. Açığını desəm, mən bunu emosional olaraq necə idarə etdiyimizi heç kimin anlaya biləcəyini düşünmürəm".
Zelenska Ukraynanın Rusiya üzərində qələbəsinə inamından da danışıb. "Qələbəni səbirsizliklə gözləyirik" deyərək ukraynalı dostlarından ilham aldığını bildirib: "Qələbə qazanacağımıza heç bir şübhəmiz yoxdur. Bizi davam etdirən də budur".
Jurnalda həmçinin, Yelenanın həyat yoldaşı ilə taxta stolun üstündə əl-ələ tutduğu şəkli də var. Bu fotolarda da Ukrayna lideri Zelenski adi xaki rəngli köynəyi ilə dünya qarşısına çıxıb.
Müsahibəbin davamında isə Ukrayna prezidenti xanımından bəhs edib: "Əlbəttə ki, o, mənim sevgimdir. Amma o, həm də mənim ən böyük dostumdur. Yelena, həqiqətən, mənim ən yaxşı dostumdur",
Leyla, Bizimyol.info