Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: 40 minə yaxın Rusiya əsgəri öldürülüb
Zelenski: 40 minə yaxın Rusiya əsgəri öldürülüb

Xalqa müraciətində müharibə ilə bağlı son hadisələri dəyərləndirən Zelenski, Odessanın yenidən vurulduğunu xatırladıb və çıxışında sərt ifadələr işlədib.

“Rusiya Müdafiə Nazirliyinin bu cür hücumlarla bağlı nə yalan deməsindən asılı olmayaraq, biz buna görə mütləq qisas alacağıq. İşğalçılar cəzasız qalmayacaq”, - deyə Zelenski bildirib.

Rusiyanın öz xalqına müharibə ilə bağlı məlumat vermədiyini bildirən Zelenski, “Rusiya dövləti 4 aydır öz vətəndaşlarına heç bir məlumat vermir. Tam sükutdur. Siyasi və hərbi səviyyədə çoxsaylı müsahibə və çıxışlarda heç nə dərc edilmədi və deyilmədi. Halbuki ölən rus əsgərlərinin sayı artıq 40 min civarındadır. Bu, Rusiya ordusunun fevralın 24-dən bəri itirdiyi əsgərlərin sayıdır. Hələ on minlərlə də yaralı var”, - deyə vurğulayıb.

Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək qərarını alqışladığını deyən Zelenski , “daha onlarla insan və təşkilat əlavə edilib. Bu, düzgün tendensiyadır və mən Böyük Britaniyaya icra məsələlərində sarsılmaz öhdəliyinə görə minnətdaram. Bu, Qərb dünyasında hər kəsin əməl etməli olduğu bir nümunədir”,-deyə əlavə edib.

Bundan əlavə Zelenski təbii qaz böhranını dəyərləndirərkən deyib: “Xüsusilə bu gün Avropa bazarında qazın qiymətinin min kubmetr üçün 2000 dollardan çox artması ilə bağlı xəbərlər artıq Rusiyaya qarşı sanksiyaları genişləndirmək üçün kifayət qədər əsasdır. Çünki bunun Rusiyanın Avropaya qarşı məqsədyönlü qiymət terroru olduğu hamı tərəfindən çox aydın görünür”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »