Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan və Səudiyyə Ərəbistanı sualtı məlumat xətti yaradır
Yunanıstan və Səudiyyə Ərəbistanı sualtı məlumat xətti yaradır

Yunanıstan və Səudiyyə Ərəbistanı dünən iki ölkə arasında dənizaltı məlumat kabelinin çəkilməsi ilə bağlı müqavilə imzalayıb.

Bizimyol.info xəbər verir ki, iki ölkə, həmçinin Avropanın yaşıl enerjiyə daha az xərclə çatmasına kömək etmək üçün elektrik şəbəkələrinin birləşdirilməsini müzakirə ediblər.

Yunanıstan və Səudiyyə Ərəbistanı may ayında “Şərqdən Aralıq dənizinə məlumat dəhlizi” adlandırılan dənizaltı məlumat bağlantısı üçün əsas şərtlər barədə razılığa gəliblər.

Məlumat bağlantısının sahibləri Səudiyyə Ərəbistanının STC şirkəti və Yunanıstanın telekommunikasiya və peyk şirkəti TTSA, Yunanıstanın enerji şirkəti Public Power Company (PPC) və Cənubi Kiprin telekommunikasiya operatoru şirkəti CYTA da layihədə pay sahibi olacaqlar.

Razılaşma Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Afinaya səfəri zamanı əldə olunub. Salmanın Yunanıstana səfəri onun 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra Avropa İttifaqı ölkələrindən birinə ilk səfəridir.

2019-cu ildə G20 sammiti üçün Yaponiyaya gedərək Yaxın Şərq xaricindəki son rəsmi səfərini edən Salman dünən verdiyi açıqlamada, "Elektrik şəbəkələrini birləşdirərək bərpa olunan enerjini Yunanıstana və Cənub-Şərqi Avropaya daha aşağı qiymətə ötürə bilərik”,-deyə bildirib.

Qeyd edək ki, iki ölkə arasında enerji və hərbi əməkdaşlığa dair ikitərəfli sazişlər də imzalanıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »