Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Buzlaqlar əridi, İtaliya-İsveçrə sərhədi sürüşdü
Buzlaqlar əridi, İtaliya-İsveçrə sərhədi sürüşdü

Qlobal istiləşmə Avropada iki ölkə arasında böhrana səbəb olub.

Bizimyol.info xəbər verir ki, Alp dağlarında Teodul buzlaqının əriməsi ilə çayın yatağı və Klein Matterhorn dağından əriyən qar sularının axdığı hövzə də dəyişib. Beləliklə, əriyən qar suları bölgədə dəyişikliyə səbəb olub. Rifugio Guide del Cervino adlı istirahət obyektinin yerdəyişməsi İtaliya və İsveçrə arasındakı sərhədin dəyişməsinə səbəb oldu.

Alp dağlarında 3480 metrlik Testa Grigia zirvəsinə qalxanlar üçün tikilən istirahət obyektinin yeri də çaşqınlıq yaradıb. Bölgəyə gələn turistlər “İndi İtaliyada, yoxsa İsveçrədəyik?” sualı ilə çaşqınlıq içərisində qalıblar.

Xatırladaq ki, 1984-cü ildə tikilən istirahət zonası indiyədək İtaliyanın ərazisi daxilində idi. Lakin dəyişikliklə bölgənin üçdə ikisi artıq İsveçrə ərazisinə çevrilib.

Qeyd edək ki, iki ölkə arasında bu problemi həll etmək üçün diplomatik işlər davam edir. İki ölkə arasında razılığa gəlindiyi bildirilir, lakin bu razılaşmanın təfərrüatları ictimaiyyətlə paylaşılmayıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »