Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Birgə Kompleks Fəaliyyət Planının (JCPOA) bərpası üçün təkliflər hazırlayıb.
Bizimyol.info xəbər verir ki, o, bu barədə “Financial Times” üçün yazdığı məqalədə bildirib. Avropa diplomatiyasının rəhbəri bildirib ki, Vyanada 15 aylıq intensiv danışıqlardan və JCPOA iştirakçıları və ABŞ ilə çoxsaylı müzakirələrdən sonra o, əlavə əhəmiyyətli kompromislər üçün yerin tükəndiyi qənaətinə gəlib.

O, sazişin yenidən başlanmasına kömək etmək üçün nüvə sahəsində sanksiyaların və addımların aradan qaldırılmasını təfərrüatlandıran təklif təqdim etdiyini bildirib.
"Bu mətn danışıqların koordinatoru kimi mümkün hesab etdiyim ən yaxşı sövdələşmədir",- deyə Borrell bildirib.
Diplomatın fikrincə, o, effektivliyi baxımından uyğun olan başqa əldə edilə bilən alternativ görmür.
Borrel hesab edir ki, saziş rədd edilərsə, İran və onun xalqının təcridinin artması perspektivi fonunda təhlükəli nüvə böhranı ilə üzləşmək riski var. "Mənim təklif etdiyim mətn əsasında Vyana danışıqlarını yekunlaşdırmaq və dərhal tam tətbiq olunan JCPOA-ya qayıtmaq üçün sürətli siyasi qərarların vaxtı çatıb",- deyə diplomat əlavə edib.
2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - JCPOA imzalayıblar ki, bu da İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutur.
2018-ci ildə ABŞ FDP-dən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunduğunu elan edib.
İlahin, Bizimyol.info