Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ diz çöküb, təhqirlərə məruz qalır, başqa ölkələrə yalvarır" - Tramp
"ABŞ diz çöküb, təhqirlərə məruz qalır, başqa ölkələrə yalvarır" - Tramp

ABŞ diz çöküb və dünya səhnəsində bir-birinin ardınca tarixi təhqirlərə məruz qalır.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vaşinqtonda Amerika Birinci Siyasət İnstitutunun forumunda çıxışı zamanı deyib.

O, qeyd edib ki, onun dövründə Vaşinqton enerji resursları məsələsində lider olub.

Benzinin qiyməti və inflyasiya aşağı olub və ABŞ-a hörmət edilib. İndi isə ABŞ enerji üçün başqa ölkələrə yalvarır, inflyasiya və yanacağın qiymətləri rekord həddə çatıb və milyonlarla miqrant ölkəyə təminatsız şəkildə sərhədlərdən axışır.

"Ölkə tezliklə cəhənnəmə gedəcək",- deyə Tramp təəssüflə qeyd edib.

Bir müddət əvvəl isə  Tramp hazırkı dövlət başçısı Co Baydeni ABŞ-ı “kasıb ölkəyə” çevirməkdə ittiham edib. O xatırladıb ki, Bayden cəmi iki il ərzində etdiyi hərəkətlərlə ölkəni hörmətdən salıb.

“Biz enerji baxımından müstəqil idik, indi Bayden diz çöküb, başqa ölkələrə enerji resursları üçün yalvarır”,- deyə siyasətçi bildirib.

Tramp əlavə edib ki, “Amerika yalnız Allahın qarşısında diz çökə bilər, başqa heç kimin”.

Xatırladaq ki, bir müddət əvvəl Tramp 2024-cü il prezident seçkilərində iştirakla bağlı qərar verdiyini açıqlayıb. Siyasətçi bildirib ki, hələlik bunu nə vaxt elan edəcəyinə əmin deyil. Amma o  payızda keçiriləcək Konqresə seçkilərdən əvvəl və ya sonranı fikirləşir.

Tramp seçki yarışında iştirak edəcəyi təqdirdə qələbə qazanacağına əminliyini ifadə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »