Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Terrorçuların Türkiyə ordusuna hücumu hansı nəticələri doğuracaq
Terrorçuların Türkiyə ordusuna hücumu hansı nəticələri doğuracaq

Suriyada yaşayan separatçı kürd birləşmələrinin hücumundan sonra Türkiyə tərəfi ciddi itkilər verib.

Bizimyol.info xəbər verir ki,  bu barədə AviaPro portalı xəbər verir. Qeyd edilir ki, separatçı yarımhərbi birləşmələrinin nümayəndələri gözlənilmədən Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Təll-Rifat yaxınlığında yerləşən mütəşəkkil hərbi bazasına hücum ediblər. Nəticədə Türkiyə hərbçiləri 7 nəfərə qədər itki verib.

Ankara Suriya terrorçuların hücumu ilə bağlı məlumatı hələ ki, şərh etməyib.

Xatırladaq ki, iyunun 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında yeni antiterror əməliyyatının başladığını elan edib.

“Suriyada Türkiyə ilə sərhəddən 30 kilometr içəridə “təhlükəsizlik zonası”nın formalaşmasının yeni mərhələsi başlayır. Təll-Rifat və Mənbici terrorçulardan təmizləyirik”,- deyə o əlavə edib.

Bir müddət əvvəl Türkiyə Prezidenti vurğulayıb ki, Türkiyə silahlı qüvvələri terror təşkilatlarının tam məhvinə nail olana qədər Suriyanın şimalında hərbi əməliyyatlar keçirəcək.

Xatırladaq ki, Ankara bir sıra birləşmələri, o cümlədən PKK-nı terror təşkilatı kimi tanıyır. 1980-ci illərdən bəri tərəflər dəfələrlə atəşkəs sazişi bağlayıb və pozublar, lakin 2015-ci ildə PKK barışıqdan imtina edib. 2010-cu illərin əvvəllərində Suriya müharibəsi başlayandan bəri Suriya ərazisində mütəmadi olaraq toqquşmalar baş verir.

Suriyada vətəndaş müharibəsi 2011-ci ilin martında başlayıb. Münaqişədə prezident Bəşər Əsədin tərəfində olan hökumət qüvvələri, mötədil müxalifət adlanan qruplar və islamçı qruplar iştirak edir.

Bu müharibədə Rusiya Əsəd hökumətinə kömək edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »