Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin quldurluq edir.., onu başa salmalıyıq"
"Putin quldurluq edir.., onu başa salmalıyıq"

ABŞ-da Putini dünya üçün əsas təhlükə adlandırırlar.

Belə hesab edilir ki, o, quldurluq yolu ilə digər ölkələr üzərində nəzarəti ələ keçirməyə çalışır.

Bizimyol.info  xəbər verir ki, bu barədə  ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit bildirib “Azadlıq” radiosuna daışıb.

O, qeyd eidb ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bütün dünya üçün əsas təhlükədir.

Smitin fikincə, Rusiya diktatoru quldurluq yolu ilə digər ölkələr üzərində nəzarəti ələ keçirməyə çalışır. Eyni zamanda, Putin müasir dünyanın əsas prinsiplərini pozur.

Smit qeyd edib ki, müasir dünyanın mərkəzi prinsipinin dövlətlərin suverenliyi olduğu bir vaxtda Putin kobud, əsassız təcavüzlə Rusiyanın ərazisini genişləndirməyə çalışır.

ABŞ nümayəndəsi onu da vurğulayıb ki, Rusiya diktatoru Rusiya Federasiyasına qarşı heç bir təhlükə hiss etməyib, ancaq yad əraziləri güc yolu ilə almaq istəyir.  Smit bildirib ki, dünya digər potensial təcavüzkarlar üçün presedent yaratmamaq üçün Rusiyanın təcavüzünə müqavimət göstərməlidir.

"Bütün dünya bunun mümkün olmamasında maraqlıdır. Axı o, bunu etsə, bu, o demək olacaq ki, kimsə bunu hər yerdə edə bilər. Putin Ukraynada dayanmağı planlaşdırmır. O, başqa ərazilərə də soxulacaq. Biz ona başa salmalıyıq ki, siz başqasının suveren ərazisini zorla ala bilməzsiniz”,- deyə Adam Smit danışıb.

Xatırladaq ki, Britaniya kəşfiyyatının keçmiş zabiti Kristofer Stil Rusiya prezidenti Vladimir Putinin yaxın altı ay ərzində postundan devrilə biləcəyini bildirib. Stil qeyd edib ki, hakimiyyətdən getməyin səbəblərindən biri də Rusiya diktatorunun səhhətinin pisləşməsi olacaq. Bundan əlavə, Rusiya Federasiyasının Ukrayna müharibəsində uğursuzluğu buna səbəb ola bilər.

Bir müddət əvvəl  Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin ölümcül xəstəliyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.  Onun sözlərinə görə, Rusiya diktatoru həqiqətən xəstədir. Onun xəstəliyi həddindən artıq ambisiya və insanların həyatına hörmətsizlikdir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »