Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahzadənin “Mirror Line” layihəsinin konsepsiyası açıqlanıb
Şahzadənin “Mirror Line” layihəsinin konsepsiyası açıqlanıb
“Wall Street Journal” Şahzadə Məhəmmədin planına əsasən Səudiyyə Ərəbistanında tikintisi planlaşdırılan “Mirror Line” layihəsinin konsepsiyasını dərc edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu binaların hündürlüyü 480 metr, uzunluğu 120 kilometr, əhalisinin sayı beş milyona qədər, dəyəri isə 1 trilyon dollara qədərdir.

“Mirror Line”- “Güzgü xətti” sahildən, dağlardan və səhradan keçəcək. İki paralel ev şəklində olan strukturun içərisində dəmir yolu xətti, şaquli fermalar, stadionlar və marinalar olacaq.

Obyekt, Səudiyyə Ərəbistanının iqtisadiyyatını şaxələndirmək üçün şahzadə Məhəmmədin düşündüyü Kiyev bölgəsi ölçüsündə layihə olan Niom çərçivəsində yüksək profilli layihələrdən biridir.

Səudiyyə Ərəbistanının suveren fonduna məxsus “Niom” xarici investisiyaları cəlb etmək və minlərlə yeni iş yeri yaratmaq istəyir.

2021-ci ilin yanvarında Güzgü Xəttinin ilkin qiymətləndirilməsi, tikintinin mərhələli şəkildə aparılmalı olduğunu və 50 il çəkə biləcəyini təklif etdi. “Niom” əməkdaşları isə layihəylə bağlı bir neçə narahatlıq ifadə ediblər. Onların fikrncə, insanlar pandemiyadan sonra belə böyük evlərdə yaşamaqdan çəkinə bilər, struktur səhrada yeraltı suların dinamikasını dəyişə, quşların və digər heyvanların hərəkətini məhdudlaşdıra bilər.

Xatırladaq ki, bir müddət əvvəl  Səudiyyə Ərəbistanının vəliəhdi və faktiki hökmdarı Məhəmməd bin Salman 2018-ci ildə jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluqda öldürülməsindən sonra ilk dəfə Türkiyəyə rəsmi səfər edib.

Məhəmməd bin Salman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.

Türkiyə və Səudiyyə Ərəbistanı son aylarda Kaşıkçı cinayətinin səbəb olduğu mübahisədən sonra münasibətləri düzəldir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »