Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson NATO-nun növbəti baş katibi ola bilər
Boris Conson NATO-nun növbəti baş katibi ola bilər

Böyük Britaniyanın baş naziri Boris Conson NATO-nun növbəti baş katibi ola bilər.

O, tezliklə hökumət başçısı postunu tərk edəcək, lakin Rusiyanın Ukraynaya müharibəsi fonunda liderlik keyfiyyətləri nümayiş etdirdikdən sonra yüksək vəzifəsiz qalacağı gözlənilmir.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri Mühafizəkarlar Partiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən yazır.

Consonun Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə namizəd kimi irəli sürülməsini Müdafiə Komitəsinin üzvləri Riçard Draks və Mark Fransua, və digərlri dəstəkləyir.

"Əgər o, NATO-nun baş katibi postunu düşünmüş olsaydı,  o zaman onun tövsiyələr üçün prezident Zelenskiyə müraciət edə biləcəyi qaranlıq qalır ",deyə  Fransua deyib.

2006-2009-cu illərdə Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Riçard Dannatın fikrincə isə,  Consonun ətrafında yaranan qalmaqallar siyasətçiyə olan etimadı sarsıdıb.

Lord həmçinin Consonu şəxsi keyfiyyətlərinə görə NATO-nun yeni Baş katibi kimi görmür.

Ancaq Lord  etiraf edir ki, baş nazirin  çox yaxşı işlər görüb və  Ukraynaya tam dəstək göstərib.

Böyük Britaniya Müdafiə Nazirliyinin başqa bir yüksək vəzifəli məmuru da Consonun Alyansa rəhbərlik edə biləcəyinə dair şübhələrini dilə gətirib.

O hesab edir ki, Fransa prezidenti Emmanuel Makron belə bir təyinata veto qoya bilər.

"Reallıq budur ki, NATO nümayəndələri yekdil qərarla təyin olunur. İstənilən ölkə veto qoya bilər. Sizcə, prezident Makron Boris Consonun NATO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürəcəkmi? Bu, Britaniya tərəfi üçün problemdir. ABŞ-ın dəstəyinə ehtiyacınız var”,- deyə o qeyd edib.

Xatırladaq ki, Şimali Atlantika Alyansının hazırkı baş katibi Yens Stoltenberq bu vəzifəyə 2014-cü ildə 5 il müddətinə təyin edilib. Lakin 2019-cu ildə onun mandatı 2022-ci ilin oktyabrına qədər uzadılıb və martın 24-də Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi ilə əlaqədar NATO üzvü olan ölkələr Stoltenberqin 2023-cü il sentyabrın 30-dək qalmasına qərar verib.

1999-2003-cü illərdə NATO-nun baş katibi postunu tutan sonuncu britaniyalı siyasətçi Corc Robertson olub. Bu təyinata qədər Leyboristlər Partiyasının üzvü iki il Britaniya Müdafiə Nazirliyinə rəhbərlik edib.

Qeyd edək ki, iyulun 7-də Conson rəsmi olaraq tərəfdaşlarından biri ilə qalmaqala görə istefa verdiyini elan edib.

İyulun 20-də baş nazir Terminator ifadəsi ilə vidalaşdı: “Hasta la vista, baby”.

Siyasətçilər və ekspertlər hesab edirlər ki, bu istefa Ukraynaya ingilislərin dəstəyinin səviyyəsinə təsir etməyəcək.

Conson özü bu yaxınlarda bir daha bəyan etdi ki, Böyük Britaniya Ukraynaya Rusiyanın təcavüzünü dəf etmək və qələbə çalmaq üçün əlindən gələni edəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »