Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN Borrellə cavab verib
İran XİN Borrellə cavab verib

Cozep Borrel danışıqları yekunlaşdırmaq üçün öz fikirlərini söylədi. Biz də fikirlərimizi forma və məzmun baxımından təqdim edəcəyik.

APA-nın məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini, İranın nüvə müzakirələrindəki nümayəndə heyətinin rəhbəri Əli Baqiri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin “Financial Times” qəzetində dərc olunan notasına cavabında deyib.

Ə.Baqiri bildirib ki, son bir həftə ərzində Vyana danışıqları ilə bağlı qarşı tərəfllə ciddi və konstruktiv fikir mübadiləsi aparılıb.

“Cosep Borrel danışıqları yekunlaşdırmaq üçün öz fikirlərini təqdim edib. Danışıqları həm forma, həm də məzmun baxımından ümumiləşdirməyə dair fikirlərimiz də var ki, onlar da təqdim olunacaq”,- deyə Baqiri bildirib.

Qeyd edək ki, C.Borrel bu gün “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, əlavə kompromislər üçün yer yoxdur, hazırda masaya mümkün olan ən yaxşı razılaşma mətnini qoymuşam.

C.Borrel həmçinin qeyd edib ki, masaya qoyulan müqaviləyə ABŞ Prezidenti Co Baydenin öhdəliyi və Amerikanın zəmanətləri də daxildir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »