Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Sürix" cavab oyununa ciddi hazırlaşıb"
Qurban Qurbanov: "Sürix" cavab oyununa ciddi hazırlaşıb"

"Çox vacib və maraqlı oyuna hazırlaşırıq. Fərqli oyun göstərən komandaya qarşı oynayacağıq. Bu görüşə hazırlaşmaq üçün xeyli vaxtımız oldu. Amma bilirik ki, rəqib də bu matça ciddi hazırlaşıb".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Sürix"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 3:2 hesablı qələbə qazanıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »