Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zelenski Putini təlxəyə çevirdi”
“Zelenski Putini təlxəyə çevirdi”

Sergey Rudenko Ukrayna Prezidenti Volodimir Zelenski haqda kitab yazmağa hələ müharibədən əvvəl başlamışdı. Sonradan buna əl gəzdirmək lazım gəlmişdi. Kitab iyulun 25-dən satışa çıxarılıb. “Zelenski. Siyasi bioqrafiya. Müharibə dövrünün prezidenti” kitabını 22 dildə oxumaq mümkün olacaq.

Bizimyol.info xəbər verir ki, Almaniya mətbuatına müsahibə verən Sergey Rudenko Zelenskinin siyasətdə ilk addımları atdığı dövrdə onun haqqında yazmaq fikrinə düşdüyünü deyir. Kitab müəllifi ortaya qoyduğu nümunənin komediya ustasının siyasətçiyə çevrilməsindən bəhs etdiyini bildirir.

“Kitabı oxuyanlar başa düşəcək ki, bu, həmin Zelenski deyil, bu, səhvləri olan canlı insandır. Amma bu həm də xalqın iradəsi ilə prezident seçilmiş şəxsdir. Məncə, biz əsl Zelenskini məhz fevralın 24-də gördük. Ukrayna üçün çox qorxulu gün idi. Həmin məqamda Zelenski böyük rol oynadı, xalqa düşmənə müqavimət göstərmək lazım olduğunu deyə bildi. Səhər saat 5-də siyasətçi Zelenski böhran meneceri Zelenskiyə çevrildi. Mən həmin məqamda tamam başqa Zelenskini gördüm. Doğrudanmı bu Zelenski əvvəllər də vardı? Kiyevi tərk edə bilərdi, qorxmadı, öz yerində qaldı. Zelenski qaçsaydı, təkcə öz siyasi karyerasını yox, həm də qələbəni dəfn edəcəkdi”.

Rudenko əvvəllər Zelenskini az tənqid etməyib. Amma müəllif prezident haqqında fikrinin çox dəyişdiyini gizlətmir. Rudenko indi həm də xeyli sadə obraz gördüyünü deyir.

“Hər gün xalqa müraciət edir. Bu müraciətlər adi smartfonla çəkilir. Çox vaxt arxa fon da uyğun olmur. Amma Zelenskinin nümayiş etdirdiyi səmimiyyət çox şeyə dəyər. Zelenski daha səmimi olmağa başlayıb. Əvvəllər teatrallıq, artistizm vardı. Minlərlə insan həlak olanda daha rol oynamaq olmur. Onun xarakterində çox dəyişiklik baş verib. 2019-cu ildə Zelenskiyə səs verməyənlər də onu başa düşməyə başlayıb”.

Rudenko məhz Zelenski barədə kitab yazdığına görə tənqid olunduğunu da deyir. Buna baxmayaraq, müəllif Zelenskinin bir çox qınaqlara layiq olmadığını hesab edir. Onun fikrincə, müharibə istənilən halda başlayacaqdı, kimin prezident olmasının fərqi yoxdur.

“Putinin planı vardı, həyata keçirdi. Bəlkə də, daha təcrübəli siyasətçilər Zelenski ilə müqayisədə nisbətən yaxşı davrana bilməyəcəkdi. Çünki Putin Zelenskini düz qiymətləndirmədi. Putin onu belə bilməzdi. Rusiya Prezidenti həmkarını heç vaxt özünə yaraşdırmayıb. Buna görə də Zelenskidən dərhal təslimçilik gözləyirdi. Putin elə bilirdi ki, Ukraynanın dövlət başçısı Rusiya ordusunun qabağından qaçacaq. Amma Zelenski onu təlxəyə çevirdi. Mən Zelenskinin qələbə qazanmasını və tarixdə əbədi qalmasını istəyirəm”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »