Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN: "İctimai qaydanı pozan sürücülər həbs edilib"
DİN: "İctimai qaydanı pozan sürücülər həbs edilib"

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizimyol.info-ya verilən məlumata görə, Masallı rayon sakini T. Talıbov və Bakı şəhər sakini Ə. Əlizadənin dəfələrlə xəbərdarlıq edilməsinə və barələrində qanunamüvafiq tədbirlər görülməsinə baxmayaraq, özlərinə məxsus avtomobillərə qanunsuz olaraq əlavə avadanlıq quraşdırmaqla və kobud konstruksiya dəyişikliyi etməklə digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları, ictimai qaydanı pozan hərəkətlərə yol verdikləri aşkarlanıb.

Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs 8 gün müddətində inzibati qaydada həbs ediliblər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »