Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taxıl üzrə koordinasiya mərkəzi bu gün İstanbulda işə başlayıb
Taxıl üzrə koordinasiya mərkəzi bu gün İstanbulda işə başlayıb

İstanbulda imzalanan Taxıl Dəhlizi Müqaviləsi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin bəyanatında “İstanbulda ortaq koordinasiya mərkəzi fəaliyyətə başlayıb”,- deyə xəbər verilir.

Bizimyol.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi İstanbulda imzalanan “taxıl müqaviləsi” çərçivəsində yaradılan ortaq koordinasiya mərkəzinin bu gündən İstanbulda işə başladığını açıqlayıb.

Beynəlxalq “Taxıl Masası”nın mərkəzi İstanbuldakı Milli Müdafiə Universitetinin qərargahı olacaq. Komandaya bütün tərəflərdən 20 nəfər daxil olacaq.

Komandanın başında Türkiyə donanmasının admiralı olacaq. Rusiya və Ukrayna rəsmilərinin yalnız ehtiyac olduğu halda bir araya gələrək ayrı-ayrı otaqlarda işlərinə davam edəcəkləri bəlli olub.

Fevral ayında Rusiyanın Ukraynaya təcavüzündən sonra Kiyevin taxıl ixracı kəskin şəkildə azalıb. Ukrayna limanlarında təxminən 20 milyon ton taxılın gözlədiyi təxmin edilir. Ağır döyüşlər həm taxıl ehtiyatlarına, həm də liman obyektlərinə ziyan vurub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »