Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə polşalı turistlər Ukraynaya görə rusiyalıları döyüb
Türkiyədə polşalı turistlər Ukraynaya görə rusiyalıları döyüb

Polşanı əminliklə Ukraynaya müharibədə ən çox dəstək verən ölkələrdən biri adlandırmaq olar. Avropa dövləti hərbi vədləri yüz faiz yerinə yetirir. Üstəlik, ukraynalıların ən çox pənah apardığı ölkə Polşadır. Ukrayna vətəndaşları bura daha tez uyğunlaşırlar. Dil yaxınlığı xalqların rahat anlaşmasına şərait yaradır. Polşa Rusiyanın cəzalandırmasını arzulayan dövlətlərin sırasında başda gəlir.

Bizimyol.info xəbər verir ki, Türkiyədə polşalı və rusiyalı turistlər arasında kütləvi dava olub. Avropalılar üstün gəlib. Polşalılar Ukraynaya görə Rusiya vətəndaşlarını döyüb. Hadisə “Quattro Beach” otelində baş verib. Polşalı tursitləri Rusiyadan Türkiyəyə istirahətə gəlmiş şəxslərin Ukrayna müharibəsini müzakirə etmək istəməməsi qıcıqlandırıb. Əvvəlcə mübahisə yaranıb, tərəflər bir-birinə ağır sözlər deyib. Bundan sonra polşalılar yumruqları işə salıb. Rusiyalılar ciddi xəsarət alıb.

Mətbuatda yazılanlardan belə anlaşılır ki, otelin şəxsi heyəti polşalıları dayandırmaq istəməyib. Görünür, haqsız tərəfin döyülməsinə haqq qazandırıblar. Dava hadisə yerinə polis gələndən sonra dayanıb.

Rusiya mediası otelin şəxsi heyətinin doğru davranmadığını yazır. Guya xəsarət alanlardan birinə ilk tibbi yardım göstərilməyib, polis də buna məhəl qoymayıb. Onu polis şöbəsinə aparıblar. Rusiya mediası iddia edir ki, dava iştirakçısı qalmaqalın yaranmasında ittiham olunub.

Ukrayna müharibəsi başlayandan dünyanın bir çox yerlərində Rusiya vətəndaşlarına münasibət pisləşib. Rusiyalılar buna görə istirahət üçün yaxın əraziləri seçməli olur. Ölkəni tərk edənlər də pis münasibətdən əziyyət çəkdiyini bildirir. “Euronews”un reportajlarından birində Tbilisiyə pənah gətirmiş Rusiya vətəndaşları deyirdi ki, onların küçədə adi suallarına da cavab verilmir, kirayə mənzil tapmaqda çətinlik çəkirlər. Gürcüstanda rusiyalılar özünü arzuolunmaz qonaq kimi hiss edir. Avropadakı münasibətdən heç danışmağa dəyməz. Köhnə qitədə rusiyalıların əksərinin Vladimir Putinin siyasətini dəstəklədiklərini düşünürlər. Onların fikrincə, daxili müqavimətin olmaması Kremlə istədiyini etməyə şərait yaradır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »