Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa üç arzusuna çata bilməyəcək"
"Avropa üç arzusuna çata bilməyəcək"

Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Avropanın Rusiya Federasiyasına qarşı sanksiyalar siyasətini sərt şəkildə tənqid edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki,  Medvedyevin fikrincə,  Avropa üç arzusuna çata bilməyəcək. Bu Ukraynaya kömək etmək, Rusiyaya zərər vurmaq və eyni zamanda öz iqtisadiyyatlarını korlamamaq arzularıdır.

“Avropalıların Rusiya istiqamətindəki bütün indiki siyasəti təkəbbürlü kobudluğun, yeniyetmə infantilizminin və primitiv axmaqlığın iyrənc kokteylidir”,-  deyə  Medvedev Telegram kanalında yazıb.

O xatırladıb ki, total sanksiyalar Rusiyanı enerji ixracından əldə edilən gəlirdən məhrum etməli və “Rusiya iqtisadiyyatını parça-parça etməli idi”. Ancaq qışı heç kim ləğv etmir. Alternativ qaz, neft və kömür tədarükü çox bahalaşdı. Və Avropa Birliyinin sadə vətəndaşları hələ də isti evlərdə yaşamaq istəyirlər. Ona görə də Rusiyanı əziyyətə salmaq sözün əsl mənasında  alınmadı”,- deyə  Medvedev qeyd edib.

"Jovto-Blakit isteriyası onların şaxtalı pəncərədən solğun istehsala baxıb soyuq yaşayış yerlərində donmaq qorxusundan şiddətli ishala səbəb olub",– deyə  Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini deyib.

Qeyd edək ki, medvedev içkiyə meylli olduğuna görə, adətən, onun açıqlamaları ciddi qəbul edilmir. Bununla belə, onun fikirlərini Putinin mövqeyi kimi yozanlar da az deyil.

Xatırladaq ki, bir müddət əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijarto deyib ki, Rusiyadan qaz nəqlinin dayandırılması şəraitində Macarıstan iqtisadiyyatı məhv olacaq. Nazirin sözlərinə görə, Rusiyadan başqa digər növ neft və qazın emalı üçün müəssisələrin texnoloji transformasiyası üçün 550 milyon avrodan bir milyard avroya qədər əlavə investisiya tələb olunacaq.

Szijjarto Macarıstanın digər mənbələrdən kifayət qədər miqdarda neft idxal etməsinin "fiziki cəhətdən qeyri-mümkün" olduğunu da vurğulayıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »