Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya və Yunanıstan arasında münasibətlər məhv edilib" - Rusiya
"Rusiya və Yunanıstan arasında münasibətlər məhv edilib" - Rusiya

Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslov bildirib ki,  Rusiya və Yunanıstan arasında ikitərəfli münasibətlər Afinanın siyasəti ilə məhv edilib, iki ölkə arasında təmas və əməkdaşlıq kəsilib.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki, o, bu barədə “Rossiya 24” telekanalına müsahibəsində danışıb.

"Fevralın sonundan bizim ikitərəfli münasibətlərimiz tamamilə məhv edilib, artıq mövcud deyil. Heç bir əməkdaşlıq, təmas yoxdur. Bir sözlə, inkişaflar, onilliklər ərzində toplanmış ikitərəfli münasibətlərin bütün zəngin silsiləsi sözün əsl mənasında bir neçə gün ərzində məhv edildi”,  deyə Maslov bildirib.

Maslov qeyd edib ki,  Yunanıstan vətəndaşları Yunanıstan hökumətini "200 ildə ilk dəfə öz hərəkətləri ilə vəziyyəti o həddə çatdırdığına görə kəskin tənqid edirlər. Yunanıstan Rusiya üçün dost olmayan ölkəyə çevrilib. Amma faktdır ki, Rusiya heç vaxt Yunanıstan üçün pis bir şey etməyib”,- deyə o vurğulayıb.

Xatırladaq ki, hələ mart ayında  Rusiya hökuməti Ukraynaya müdaxilədən sonra “Rusiyaya, onun şirkətlərinə və vətəndaşlarına qarşı düşmənçilik hərəkətləri həyata keçirən” ölkələrin siyahısını təsdiqləyib. Siyahıda Yunanıstan da var.

Türkiyə NATO-ya üzv olmasına baxmayaraq, o siyahıya daxil edilməyib.

Bu siyahıda: Yunanıstan, ABŞ və Kanada, Ukrayna, Böyük Britaniya, Monteneqro və İsveçrə, Andorra və Albaniya, İslandiya və Lixtenşteyn, Monako və San Marino, Norveç və Şimali Makedoniya, Cənubi Koreya və Yaponiya ilə birlikdə Aİ-nin bütün üzvləri, Avstraliya və Mikroneziya, Sinqapur və Yeni Zelandiya, Tayvan və İsveçrə yer alıb.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »