Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şröderdən sürpriz: “Dincəlmək” üçün Moskvaya getdi
Şröderdən sürpriz: “Dincəlmək” üçün Moskvaya getdi

Almaniyanın keçmiş kansleri Gerhard Şröder bir neçə günlük “tətil” üçün Moskvaya gedib.

Bizimyol.info xəbər verir ki, Şröder açıqlaması zamanı "mən burada bir neçə günlük tətildəyəm. Moskva gözəl şəhərdir",- deyə bildirib.

Xatırladaq ki, may ayında Şröder oradakı vəzifəsini tərk etmək qərarına gəlib və həmçinin Qazprom qaz şirkətinin direktorlar şurasının üzvü olmaq təklifini qəbul etməyəcəyini açıqlayıb.

Hazırkı hökumətdəki Sosial Demokrat və Əmək Naziri Hubertus Gail RTL və ntv-yə verdiyi müsahibədə isə bildirib: "Mən uzun müddətdir ki, bu cür davranışı başa düşmədim, xüsusən də bu dövrlərdə. Ancaq bunun federal hökumətin və mənim partiyamın siyasəti ilə heç bir əlaqəsi yoxdur" .

Xatırladaq ki, iyul ayında Sosial Demokrat Partiyasının Hannoverdəki arbitraj komitəsi 2,5 saatlıq müzakirədən sonra keçmiş kansler Gerhard Şröderin Rusiya ilə əlaqələrinə görə partiyadan xaric edilməsi ilə bağlı razılığa gələ bilməyib.

Keçmiş Almaniya lideri işğalı pisləsə də, Putini tənqid etməyib. Bu mövqe Almaniyanın bütün siyasi spektrinin kəskin tənqidinə səbəb olub.

Həmçinin ictimai və siyasi təzyiqlər onu istefaya məcbur edənə qədər Rusiyanın enerji nəhənglərində gəlirli vəzifələr tutmağa davam edib.

Ümumiyyətlə, Almaniya son onilliklər ərzində Rusiya ilə yaxşı münasibətlərdə olub. Hazırkı kansler Olaf Şolz, bundan öncəki kansler Angela Merkel də Putinlə yaxşı münasibətlərdə olublar. Bu günə qədər də Şolz Putinlə yaxın münasibətlərinə görə tənqid olunur. İndiki kansler Putini açıq şəkildə tənqid etsə də, əməldə başqa cür davranır. Almaniya Ukraynaya ağır silahlar vəd etdiyi halda, onların təhvil verilməsini hələ də süründürür.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »