Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa və Litvaya qarşı müharibə Belarusdan başlaya bilər
Polşa və Litvaya qarşı müharibə Belarusdan başlaya bilər

Belarus Rusiya ilə birlikdə Volın və Polissya istiqamətində Ukrayna hərbçilərinin mövqelərində kəşfiyyat aparır.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, hərbi ekspert Aleksandr Musienkonun TSN-ə bildirdiyinə görə, bunu bir gün əvvəl Volında vurulan düşmən pilotsuz təyyarələrinin varlığı sübut edir.

"Pilotsuz təyyarə vuruldu. Bunun belə nəticələrə gətirib çıxarması ayıbdır",- ekspert pilotsuz təyyarənin qalıqlarının yerə düşməsi nəticəsində bir nəfərin öldüyünü qeyd edib. Onun sözlərinə görə, sərhəddə Rusiya Federasiyası və Belarusun hərbi kontingentində artım yoxdur.

"Eyni zamanda biz görürük ki, tək Ukraynanı deyil, Polşa və Litvanı da narahat edən eskalasiya və təhdidlər davam edir. Mənə getdikcə daha aydın olur ki, gələcəkdə Putin Belarus qüvvələri üçün də belə tale hazırlayır. Onlar Aİ və NATO ölkələri - Polşa və Litva üçün eskalasiya elementinə çevrilməlidirlər”,- deyə ekspert vurğulayıb.

Xatırladaq ki, iyulun 25-də Volın vilayətində iki pilotsuz təyyarə vurulmuşdu. Onlardan birinin dağıntıları evlərin üzərinə düşüb, bir nəfər ölüb.

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Belarus ərazisindən düşmən qoşunları Lutsk və Kovel istiqamətlərində havadan kəşfiyyat aparıb. Daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin bəyan etmişdi ki, Kiyev Belarusun Ukraynaya qarşı müharibədə iştirakı ilə bağlı ən pis ssenarilərə hazırlaşır.

Onun sözlərinə görə, Lukaşenko indiyə qədər Ukraynaya qarşı hərbi əməliyyatlarda böyük iştirakdan yayınmasına baxmayaraq, Belarusun rolu aktivləşə bilər.

Qeyd edək ki, Belarusda etirazların baş qaldıra biləcəyindən ehtiyatlanan Lukaşenko bu günə qədər öz ordusu ilə Rusiyaya dəstək verməkdən yayınır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »