Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ordusunda fərarilik artmaqda davam edir
Rusiya ordusunda fərarilik artmaqda davam edir

Rusiya ordusunun hərbçiləri fərarilik edir və döyüş meydanında döyüşməkdən imtina edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Rusiya əsgərlərində ruh düşkünlüyü müşahidə edilir.

“Biz Rusiya ordusunda nizam-intizam və mənəvi sabitliklə bağlı problemlərin artması əlamətlərini görməkdə davam edirik. Bütün səviyyələrdə olan Rusiya hərbçilərinin postlarını necə tərk etmələri və ya döyüşməkdən imtina etmələri haqqında çoxlu məlumatlar da var. Biz bunu müxtəlif situasiyalarda, o cümlədən bunu təsdiqləyən ukraynalılarla söhbətlərdə görməkdə davam edirik",- deyə qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın kəşfiyyat qurumu olan "MI6"-nın rəhbəri Riçard Mur bildirmişdi ki, Rusiya ordusu yaxın bir neçə həftə ərzində fasilə verə bilər.

"Düşünürəm ki, onların enerjisi tükənmək üzrədir. Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, onlar üçün növbəti bir neçə həftə ərzində işçi qüvvəsi təmin etmək getdikcə çətinləşəcək",- Riçard Mur deyib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Rusiya hərbçiləri arasında fərarilik hallarının artdığını bildirmişdi. Qeyd edilir ki, Rusiya Federasiyasının hərbçiləri Ukraynanın müdafiə qüvvələrinə qarşı hərəkətlərinin səmərəsizliyini başa düşürlər.

Müharibə Tədqiqat İnstitutunun (ISW) analitiklərinin fikrincə, Rusiya Federasiyasının işğalçı qoşunları fərarilik və şəxsi heyət arasında itaətsizliyin artması ilə üzləşir. Eyni zamanda Ukrayna kəşfiyyatı Zaporojye vilayətinin Vasilyevski rayonunun Mixaylovka qəsəbəsində Rusiya qoşunlarının yaşayış yerinin daha əvvəl qeydə alındığı yataqxanadan 60 hərbçinin fərarilik etdiyini bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »