Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xersonun 15 faizi azad edilib, Ukrayna yeni hücuma hazırlaşır"
"Xersonun 15 faizi azad edilib, Ukrayna yeni hücuma hazırlaşır"

Ukraynaya uzaqmənzilli silahların verilməsi münaqişənin yeni mərhələsinə qapı açır.

Bizimyol.info xəbər verir ki, bu barədə Bloomberg yazır. Məqalədə qeyd edilir ki, Kiyevə ABŞ-dan tədarük edilən uzaqmənzilli raket sistemləri Rusiya ordusunun Donbassın şərqində irəliləyişini dayandırmağa qadirdir. Nəşr əlavə edib ki, yeni silah Ukrayna tərəfindən mümkün əks-hücum üçün də qapıları açaacq.

Xatırladaq ki, iyulun 25-də Xerson vilayətinin administrasiya rəhbərinin müavini Kirill Stremousov bildirib ki, Ukrayna qoşunları Xerson vilayətinə əks-hücum etmək üçün növbəti dəfə cəhd edib, lakin buna nail olmayıb.

Qeyd edilir ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Ukrayna hərbçilərinin iyunun sonundan Donbassda istifadə etdiyi Amerikanın HIMARS reaktiv yaylım atəş sisteminin raketlərini vurmağı öyrənib. “The New York Times” isə qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri yenidən Xerson vilayətində Rusiya işğalçılarına qarşı genişmiqyaslı hücuma hazırlaşır.

Rusiya qüvvələrinin son həftələrdə yavaş-yavaş ələ keçirdiyi Donbassdan fərqli olaraq, Ukrayna hərbçiləri Xerson bölgəsindəki vəziyyəti şərti də olsa, dəyişməyə başlayıb. Xerson vilayəti hərbi administrasiyasının rəhbəri vəzifəsini icra edən Dmitri Butriy bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq Xerson vilayətində 44 yaşayış məntəqəsini azad edib ki, bu da region ərazisinin təxminən 15 faizini təşkil edir.

"Ukraynanın yüksək səviyyəli rəsmiləri Xersonun geri qaytarılması üçün dəqiq vaxt təyin etməyiblər, lakin prezident Vladimir Zelenski bunun əsas prioritet olduğunu açıqlayıb. Ukraynanın cənubda planlaşdırdığı əks-hücum Qərb rəsmiləri və bəzi analitiklər arasında müzakirələrə səbəb olub”,- deyə o əlavə edib.

Britaniyanın Xarici Kəşfiyyat Xidməti MI6-nın rəhbəri Riçard Mur işğalçıların Ukrayna qüvvələrinin irəliləməsinə imkan verən fasiləni verməyə məcbur olacağını proqnozlaşdırmışdı.

Xatırladaq ki, Rusiya Ukrayna müharibəsi fevralın 24 dən başlayıb. Rusiya bu müharibəni “xüsusi əməliyyat” adlandırır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »