Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Avropaya qaz axınını yenə kəsir: "Qaz müharibəsi aparır"
Rusiya Avropaya qaz axınını yenə kəsir: "Qaz müharibəsi aparır"

Rusiyanın “Şimal axını” qaz kəmərində turbinin saxlanması hesabına Avropaya qaz axınını 33 milyon kubmetrə qədər azaldacağını bəyan etdikdən sonra Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın açıq şəkildə Avropaya qarşı “qaz müharibəsi” apardığını bəyan edib.

Bizimyol.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, “Şimal axını” turbininə dair güzəştə baxmayaraq, Rusiya müqaviləyə uyğun olaraq Avropa ölkələrinə qaz tədarükünü davam etdirməyəcək. Bütün bunlar Avropalıların qışa hazırlaşmasını mümkün qədər çətinləşdirmək üçün Rusiya tərəfindən qəsdən edilir. Bu, açıq şəkildə Rusiyanın vahid Avropaya qarşı apardığı qaz müharibəsidir. Bunu məhz belə qəbul etmək lazımdır”.

Rusiyanın Avropadakı insanları vecinə almadığını bildirən Zelenski “insanların başına nə gəldiyi, necə əzab çəkdiyi onları maraqlandırmır. Limanların bağlanması, qışın soyuğu, yoxsulluq və ya işğal nəticəsində yaranan aclıq terrorun müxtəlif formalarıdır”,- deyə bildirib.

Xatırladaq ki, keçən həftə bəzi turbinlərdəki texniki xidmətin sona çatması ilə yenidən Avropaya 67 milyon kubmetr qaz tədarük etməyə başlayan Rusiyanın dövlət enerji şirkəti “Qazprom” yeni təmir səbəbindən qaz nəqlinin yarıya qədər azalacağını açıqlayıb.

Rostekhnadzor (Təhlükəsizlik Sertifikatı) texniki xidmətə qədər reviziyalar arasındakı müddətin başa çatması ilə əlaqədar olaraq və mühərrikin texniki vəziyyətini nəzərə alaraq, Qazprom Portovaya CS-də daha bir Siemens qaz turbin mühərrikini dayandırır.

“Qazprom” həmçinin iyulun 27-də səhər saat 07:00-da başlayacaq işlər nəticəsində “Şimal axını”ndan qaz nəqlinin 67 milyon kubmetrdən 33 milyon kubmetrə qədər azalacağını bildirib.

Qeyd edək ki, Avropa ölkələri hazırda aldıqları qazə əsasən, anbarlara yığırlar ki, qışda problem yaşanmasın. Rusiya isə bu planı pozmaq, Avropanı qışda da özündən asılı vəziyyətdə saxlamaq üçün qaz təchizatını azaldır ki, Avropada anbarları dolduqmaq mümkün olmasın.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »