Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin real dialoq əhval-ruhiyyəsində deyil"
"Putin real dialoq əhval-ruhiyyəsində deyil"

Qərb ölkələri Ukrayna və Rusiya arasında danışıqlara qarşı deyil. Ancaq, Rusiya prezidenti Vladimir Putin real dialoq əhval-ruhiyyəsində deyil.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə danışıb.

Ned Prays Ned Prays

Prays eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qərb ölkələrinin guya Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlara qarşı çıxması ilə bağlı bəyanatını da şərh edib.

Prays prezident Vladimir Zelenskinin müharibənin diplomatiya yolu ilə bitməli olduğu barədə sözlərini yada salaraq bildirib ki, bu müharibə diplomatiya, dialoqla başa çatmalıdır. “Bu bir reallıqdır ki, Rusiya konstruktiv dialoqa, konstruktiv diplomatiyaya hazır olduqlarına dair heç bir əlamət göstərməyib. Zelenski açıq şəkildə bəyan edib bunu. Amma görünən odur ki, Rusiya Federasiyası real danışıqlara hazır deyil”,- deyə Prays bildirib.

Prays Kremlin "mart yalanı" barədə də danışıb. “Kremlin başqa bir yalanı ondan ibarətdir ki, martda davam edən sülh danışıqları yalnız Ukraynanın guya “danışıqlara qatıldı” imici yaratmaq məqsədi daşıyıb”,- deyə bildirib.

Xatırladaq ki, müdafiə naziri Aleksey Reznikov iyulun əvvəlində bildirib ki, Kreml yalnız təbliğat ritorikasından istifadə edir və ən kiçik güzəştə belə getməkdən imtina edərək danışıqları qeyri-real edir. Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya ilə danışıqların bərpası hələlik mümkün deyil. Xarici işlər naziri Dmitri Kulebanın fikrincə isə, Rusiyanın Ukraynada işğalı genişləndirməsi ilə bağlı açıqlaması ilə Lavrov bir daha Moskvanın diplomatiyanı rədd etdiyini və yalnız müharibə və terror istədiyini təsdiqləyib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »