Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Rusiya və Ukraynanı İstanbul sazişinə əməl etməyə çağırıb
Ərdoğan Rusiya və Ukraynanı İstanbul sazişinə əməl etməyə çağırıb

Taxıl daşınmasına dair sazişin imzalanması ilə tarixi uğura verdiyimiz qatqı Türkiyənin əhəmiyyətli ölkə olduğunu göstərdi.

APA-nın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, sazişin imzalanmasına dair müzakirələr çox həssas formada davam edib.

Ərdoğan Odessa limanına endirilən raket atəşlərinin təəssüf doğurduğunu, baş verə biləcək uğursuzluğun hamının əleyhinə olacağını vurğulayıb: “Onların atdıqları imzalara və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmaqlarını istəyirik”.

Türkiyə lideri Ukraynada ədalətli və daimi sülhə də nail olunacağına ümid etdiyini deyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »