Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində hüquqşünas vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində hüquqşünas vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mərkəzdə mövcud hüquqşünas vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir.

AZƏRTAC Mərkəzdə mövcud vəzifələri təqdim edir:

Publik hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə

şöbə müdiri – 1

baş mütəxəssis – 2

aparıcı mütəxəssis – 1

Xüsusi hüququn ekspertizası şöbəsi - 4 vakant vəzifə

şöbə müdiri – 1

baş mütəxəssis – 1

aparıcı mütəxəssis – 2

Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsi – 3 vakant vəzifə

şöbə müdiri – 1

baş mütəxəssis – 1

aparıcı mütəxəssis – 1

Müsabiqədə iştirak etmək üçün namizədlərə dair minimal tələblər:

Hüquqşünaslıq (beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;

Hüquq sahəsində azı 3 il iş təcrübəsi;

Ən azı bir xarici dil biliyi.

Əlavə üstünlüklər:

Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;

Magistr və ona bərabər ali hüquq təhsili.

Müraciət edən namizədlər arasından yalnız elan olunmuş vəzifələrə daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən - yazılı imtahan və müsahibədən ibarət olacaq. Yalnız yazılı imtahan mərhələsindən uğurla keçmiş şəxslərlə müsahibə keçiriləcək.

Maraqlanan namizədlər öz anketlərini (CV-lərini) [email protected] e-mailinə göndərə bilərlər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »