Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Finlandiyada qaçqın olmaq: “Məktəbdə uşaqlara hətta printer də paylayırlar”
Finlandiyada qaçqın olmaq: “Məktəbdə uşaqlara hətta printer də paylayırlar”

Son hadisələrə görə Belarusu tərk edən çox oldu. Xeyli belorus Aleksandr Lukaşenkonun Rusiya ilə müttəfiqlik qərarını bölüşmədi, buna görə də vətəndən getdilər. Xüsusilə Litva və Polşaya üz tutanların payı yüksəkdir. Amma daha uzağa gedib çıxanlar var.

Bizimyol.info xəbər verir ki, Polina Kuznetsova Finlandiyaya ayaq basmağı bacarıb. İki uşaq anası şimal ölkəsini yaşayış yeri seçib. Qomel sakini indi çox rahat olduğunu gizlətmir.

Polina Kuznetsova danışır ki, onun doğma şəhərində daha yaşamaq mümkün deyildi. Ölkə rəhbərliyinin mövqeyini bölüşmürsənsə, olduqca çətindir. Belarus bu ərazidən Ukraynanın bombalanmasını təşkil edirdi. Kuznetsova insanları etiraza çağırıb. Onun həyatına təhlükə yarananda ölkəni tərk etmək yolunu tapıb.

“Mən Polşada tualet yumağa da hazır idim. Bircə bu ölkədə qalmayım. Qeyri-müəyyənliyə doğru yola çıxdım. Günah hissi mənə əzab verirdi. Elə bil özümü cəzalandırmaq istəyirdim. İş orasındadır ki, alınmadı. Çox yaxşı ölkəyə gəlib çıxdım. Burada həyat üçün vacib şeylərin çoxu havayıdır. Başa düşürəm ki, çox düzgün seçim etmişəm”.

Polina deyir ki, Finlandiyada da problemlər var. Amma fin cəmiyyəti hər çətinliyin öhdəsindən gəlməyə qadirdir. Belorus qadın bu ölkədə gördüklərinə görə özünü yalnız xoşbəxt hiss edir.

“Mən finlərlə çox rahat dil tapıram. Dəyərlərimizdə fərq yoxdur. Demək olar, fikir ayrılığı olmur. Təkcə iki ölkədə yaşayan ruslarla belə deyil. Burada yaxşı dostlar qazanmışam. İngiliscə danışmağım çox köməyə çatıb. Finlər hər işdə yardım əlini uzatmağa çalışırlar”.

Polina Kuznetsova Finlandiyanın mənfi tərəfləri barədə danışmağa çox söz tapmır. Bir az bürokratiyadan gileylənir. Beloruslar uyğun sənədləri əldə etmək üçün aylarla gözləməli olur. Amma müsbət tərəflər barədə saatlarla danışmaq olar. Hətta yuxu da daha keyfiyyətli olmağa başlayıb.

“Son iki ildə ilk dəfə rahatlıq tapmışam. Telefonumda artıq şeyləri pozmağa tələsmirəm. Finlandiyada sanki hamı özünü ifadə etməyə imkan tapır. Burada mədəniyyətə, elmə böyük əhəmiyyət verirlər. Şəxsi biznes ciddi dəstək görür. Hətta kiçik şəhərlər də çiçəklənir. Finlandiyadakı məktəbləri görəndə insan bir daha oxumaq istəyir. Şagirdlərə hər şey verirlər, hətta printer də paylayırlar. Məktəbdə uşaqlar böyük qayğı görür”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »