Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AİB Ukrayna üçün 1,59 milyard avroluq maliyyələşməni təsdiqləyib
AİB Ukrayna üçün 1,59 milyard avroluq maliyyələşməni təsdiqləyib

Avropa İnvestisiya Bankı (AİB) Ukrayna üçün 1,59 milyard avroluq maliyyələşməni təsdiqləyib.

APA xəbər verir ki, bu barədə AİB məlumat yayıb.

Bildirilib ki, bir milyard avro dərhal ayrılacaq və Ukraynaya təqdim olunacaq.

AİB prezidenti Verner Hoyer deyib ki, Avropa Komissiyasının əsas dəstəyi ilə ayrılan bu vəsait ölkənin ən təcili maliyyə ehtiyaclarını qarşılamaq və təmin etmək üçün sərf olunacaq:

“Bununla biz güclü mesaj göndəririk: Avropa İttifaqı və bankının Ukraynaya və xalqına dəstəyi bu çətin günlərdə sarsılmaz olaraq qalır, həm də uzunmüddətli perspektivdə ölkənin yenidən qurulmasında iştirak edəcəyik”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »