Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynanın 92 komandirinə qarşı cinayət işi açıb, 51-i axtarışa verilib
Rusiya Ukraynanın 92 komandirinə qarşı cinayət işi açıb, 51-i axtarışa verilib

Rusiya Ukrayna ordusunun ali komandanlığının 92 üzvünə qarşı insanlıq əleyhinə cinayət ittihamı irəli sürüb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Təhqiqat Komitəsinin rəhbəri Aleksander Bastrıkin “Rossiyskaya Qazeta”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskvanın Ukrayna hərbi və siyasi liderliyinə qarşı açdığı cinayət işlərinin sayı 1300-ü ötüb.

Bununla belə, Bastrıkin ittiham edilənlərin adlarını açıqlamayıb.

“Ümumilikdə 92 komandir və onların tabeliyində olan şəxslərə qarşı ittiham irəli sürülüb. 96 nəfər, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin 51 komandiri axtarışa verilib”, - deyə Bastrıkin bildirib.

Təhqiqat komitəsinin rəhbəri həmçinin, əlavə edib ki, ilkin istintaq nəticəsində Ukrayna Silahlı Qüvvələrinin ali komandanlığının nümayəndələri də daxil olmaqla 220-dən çox şəxsin sülhə və insanların təhlükəsizliyinə qarşı cinayətlərdə əli olduğu müəyyən edilib.

O, Ukraynadakı cinayətlərə görə ayrıca beynəlxalq tribunalın yaradılmasını təklif edib.

“Ukrayna millətçiliyinə açıq himayədarlıq edən və Kiyev rejimini dəstəkləyən “kollektiv Qərb”in mövqeyini nəzərə alsaq, hazırkı perspektivdə BMT-nin himayəsi altında belə bir tribunalın yaradılması son dərəcə şübhəlidir”, - deyə Bastrıkin vurğulayıb.

Qeyd edək ki, Ukrayna 20 mindən çox müharibə cinayətlərini araşdırdığını bəyan edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »