Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın müxalif deputatı: "Putin ölkəni çıxılmaz vəziyyətə salıb"
Rusiyanın müxalif deputatı: "Putin ölkəni çıxılmaz vəziyyətə salıb"

“Rusiya Prezidenti Vladimir Putin Rusiyanın çıxılmaz vəziyyətə salıb, yoxsulluğa məhkum etməklə yanaşı gələcəkdən də məhrum edib”.

“Report” xəbər verir ki, bunu Rusiyanın tanınmış müxalif siyasətçisi İlya Yaşin həbs edilməzdən əvvəl BBC-yə müsahibəsində bildirib.

“Mən dəyişikliyə inanmasaydım, əlimi çoxdan yelləyib, başqa bir işlə məşğul olmağa başlamışdım. Əgər biz bu mübarizəni ağıl və ürəklə udsaq, onda ölkənin Putin xuntasından xilas olmaq şansı əmələ yarancaq”, - o qeyd edib.

Xatırladaq ki, İlya Yaşin Rusiyanın Ukraynada başladğı müharibəyə qarşı çıxış edib. O, Moskva şəhər Krasnoselsk rayonunun deputatıdır. İyulun 22-də Rusiyanın Ədliyyə Nazirliyi onunla birlikdə Maksim Kats, aktrisa Tatyana Lazareva, mediamenecer Veronika Belotserkovskaya, Ruslan Şadeddinovu “xarici agentlər” siyahısına daxil edib. İlya Yaşin bu müsahibəni həbs edilməzdən əvvəl verib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »